Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunubAzərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. İqtisadiyyat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib. Belə ki, Çin tərəfinin təqdim etdiyi yoxlama siyahısı əsasında AQTA tərəfindən fındıq istehsalı və emalı müəssisəsində müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticələri qiymətləndirildikdən sonra Agentliyin tövsiyə məktubu hazırlanaraq Çinin Baş Gömrük Administrasiyasına təqdim edilib. Görülən tədbirlər nəticəsində Azərbaycanda fındıq istehsalı və emalı ilə məşğul olan “AGRARCO” MMC-nin qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) məhsulunun Çin Xalq Respublikasına ixracı ilə bağlı məlumatları GACC-nin CIFER (China Import Food Enterprise Registration) sistemində təsdiqlənib. Beləliklə, “AGRARCO” MMC qabığı təmizlənmiş fındığın Çin bazarına ixracı üçün CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub. Bu nəticə Azərbaycan fındığının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, yerli istehsalçıların ixrac imkanlarının artırılması və ölkənin fındıq ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addımdır.

Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub.   İqtisadiyyat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.   Azərbaycan

Davamını oxu »

İqtisadçı, sabiq deputat Vahid Əhmədovun açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, pensiya sistemində dəyişikliklərə ehtiyac var. Sitat: “İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyir və onların fərdi hesablarında vəsait toplanır. Elə şəxslər var ki, həmin hesabda 200-400 min manat vəsait formalaşıb. Hesab edirəm ki, onlar pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını qarşılamaq üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına topladığı vəsaitdir”. Bu təklifin həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarına uyğundurmu? Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimlinin fikrincə, pensiya sistemində hərtərəfli islahatların keçirilməsi məqsədəuyğun olardı: “Vahid Əhmədovun qeyd etdiyi məsələlərin həyata keçirilməsi, hesab edirəm ki, ölkəmizdə özəl pensiya fondlarının fəaliyyəti mümkün olduqdan və onlar fəaliyyətə başladıqdan sonra reallaşa bilər. Həmin məsələlər də məhz o zaman öz həllini tapa bilər. Əlbəttə ki, kimin sığorta pensiyası kapitalı daha yüksəkdirsə, o şəxs daha yüksək pensiya ala bilər. Bildiyiniz kimi, bizdə sosial sığorta sistemində daha yüksək pensiya kapitalı toplayan şəxs, bir qayda olaraq, daha yüksək pensiya alır”. İqtisadçı deyib ki, Vahid Əhmədovun qeyd etdiyi məsələyə gələcəkdə baxıla bilər: “Beynəlxalq təcrübədə də, əsasən Türkiyədə, bəzən belə hallara rast gəlinir ki, insanlar pensiya kapitalının müəyyən hissəsini əvvəlcədən, birdəfəlik götürmək imkanına malik olurlar. Gələcəkdə Azərbaycanda da belə imkanların yaradılması mümkündür. Hazırda isə mövcud pensiya sistemində bunun həyata keçirilməsi nəzərdə tutulmur”.

İqtisadçı, sabiq deputat Vahid Əhmədovun açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, pensiya sistemində dəyişikliklərə ehtiyac var. Sitat: “İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı

Davamını oxu »