Əkin yerlərinin yandırılmasının qarşısı alınacaq – Nazir

Yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınacaq.

Aqrarpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” yeni qanunun layihəsinin müzakirəsi zaman deyib.

 

Nazir bildirib ki, su itkilərini azaldan suvarma sistemləri və bitki növləri üzrə suvarma normaları qanunun predmetinə daxildir: “Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə adaptasiya tədbirləri ayrıca maddə ilə tənzimlənir.

 

Layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənir. Fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyən olunur, kooperativlərə öz satış yerlərini təşkil etmək hüququ verilir. Bu, istehsalçının bazara birbaşa çıxışını xeyli asanlaşdıracaq”.

Bənzər xəbərlər