Buğdanın qiyməti son 2,5 ilin ən aşağı səviyyəsinə endi

Rusiya ilə Ukrayna arasında mümkün sülh gözləntiləri, əlverişli hava şəraiti və azalan tələbatla birlikdə, sentyabr ayında buşel başına buğdanın qiyməti 12,7% azalaraq 2024-cü ilin iyun ayından bəri ən aşağı səviyyəyə enib.

Aqrarpress.az dünya mediasına istinadən xəbər verir ki, buğda qiymətlərinə iqlim şəraiti, tələb və təklifə təsir edən geosiyasi inkişaflar təsir göstərir.

Yanvar ayında buşel başına buğdanın qiyməti 5,85 faiz düşüb. Artan geosiyasi risklər və hava ilə bağlı narahatlıqlar səbəbindən sonrakı aylarda dəyişkən bir dövrdən sonra buğda qiymətləri sentyabr ayında 7,95 dollara yüksəlib.

Rusiya ilə Ukrayna arasında mümkün sülh gözləntiləri, əlverişli hava şəraiti və tələbatın azalması sentyabr ayının sonunda buğda qiymətlərinin kəskin şəkildə düşməsinə səbəb olub. Buğda qiymətləri həmin ay 12,7% azalıb ki, bu da 2024-cü ilin iyun ayından bəri ən sürətli aylıq azalmadır. 2024-cü ilin iyun ayında buğdanın bir buşelinin qiyməti 15,5% düşmüşdü.

Beləliklə, ili təxminən 5 dollardan başlayan buğda qiymətləri sentyabr ayını 6,75 dollarla başa vurub. Bu dövrdə buğda qiymətləri 35 faiz dəyər qazaıb.

Bənzər xəbərlər