Bu ilin birinci yarısında Azərbaycan 32 milyon dollar dəyərində 40,5 min ton xurma ixrac edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3% azdır.
Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,20%-ni təşkil edib.


