Bu ilin yanvar-mart aylarında Azərbaycan 10,3 milyon dollar dəyərində süd idxal edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 61,2% çoxdur.
Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.26%-ni təşkil edib.


