Kolbasa üzrə hazır məhsul ehtiyatı 20 tona yaxın azalıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 10 min 888,2 ton kolbasa məmulatları istehsal olunub.

Aqrarpress.az Valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 9 min 438,9 ton təşkil edib. Bu isə illik müqayisədə 1 449,3 ton və ya 15,4% artım deməkdir.

Cari ilin ilk 4 ayı üzrə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 26,6 ton olub.

Ötən ilin eyni dövründə bu göstərici 46,4 ton təşkil edib. Bu isə illik müqayisədə 19,8 ton və ya 42,7% azalma deməkdir.

Bənzər xəbərlər