Bu ilin yanvar-fevral aylarında Azərbaycan 74,6 milyon ABŞ dolları məbləğində 83,8 min ton meyvə-tərəvəz idxal edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 13,1% çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 2,8%-ni təşkil edib.


