Bu ilin yanvar-fevral aylarında Azərbaycana 57,8 milyon ABŞ dolları dəyərində buğda idxal edilib.
Aqrarpress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan 257,2 min tondan çox buğda idxal edib.
Bu göstərici illik müqayisədə dəyər baxımından isə 43% çoxdur.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,23% təşkil edib.


