Bu ilin yanvar ayında ölkədə 17,2 min tondan çox pambıq mahlıcı və 2,1 min ton pambıq ipliyi istehsal edilib.
Aqrarpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 11,4 faiz, pambıq ipliyinin istehsalı isə 52,7 faiz artıb.
Fevral ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə təqribən 42,4 min ton, pambıq ipliyi üzrə isə 5,3 min ton təşkil edib.


