Azərbaycanda bu fəaliyyət üçün 70 manat dövlət rüsumu müəyyənləşir

Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyənləşir.

Aqrarpress.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasn, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu alınır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib

Bənzər xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Aqrarpress.az bildirir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində birinci

Davamını oxu »