Qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor tutdu

2026-cı ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac edilən mallar arasında pomidor ilk sırada yer alıb.

Aqrarpress.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Hesabat ayı ərzində pomidor ixracının dəyəri 44,6 milyon ABŞ dolları təşkil edib. Siyahıda 36,5 milyon ABŞ dolları ilə qızıl ikinci, 26,6 milyon ABŞ dolları ilə çiyələk isə üçüncü yerdə qərarlaşıb.
Beləliklə, may ayında qeyri-neft sektoru üzrə ixracın əsas hissəsini pomidor, qızıl və çiyələk təşkil edib.

Bənzər xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Aqrarpress.az bildirir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində birinci

Davamını oxu »