Azərbaycanın kakao idxalına çəkdiyi xərc 2 milyon dollardan çox azaldı

Bu ilin yanvar-iyul aylarında Azərbaycana kakao idxalı 82,7 milyon dollar dəyərində olub.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc illik müqayisədə 2,3 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycandan 85 milyon dollarlıq kakao ixrac edilib.

Bənzər xəbərlər