Azərbaycanın alma ixracından gəliri 37 milyon dollara çatıb

Azərbaycandan bu ilin yanvar-may aylarında 37 milyon ABŞ dolları məbləğində 45,7 min ton alma ixrac edilib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 14,6% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 32,3 milyon ABŞ dolları dəyərində 46,5 min ton alma ixrac edib.

Bənzər xəbərlər