Bu ilin yanvar-aprel aylarında Azərbaycan 167 milyon dollar dəyərində yeməli meyvələr və qoz-fındıq ixrac edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 31,8% çoxdur.
Hesabat dövründə yeməli meyvələr və qoz-fındıq iixracı Azərbaycanın ümumi ixracının 1.41%-ni təşkil edib.


