Azərbaycanın kartof ixracından gəliri 73% artıb

Azərbaycandan bu ilin yanvar-mart aylarında 570 min dollarlıq 1 618 ton kartof ixrac edilib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 73,3% çoxdur.

Hesabat dövründə kartof ixracı ölkənin qeyri-neft sektoru üzrə ixracının 0,01%-ni təşkil edib.

Bənzər xəbərlər