Bu ilin yanvar-fevral aylarında Azərbaycana 16,3 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, illik müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 15,2% artıb.
Əlavə edək ki, bu dövrdə Azərbaycana 57,8 milyon dollar dəyərində buğda idxal edilib.


