Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 104,4 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 15,8% çoxdur.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 44 min ton ət idxal edilib.
Eyni zamanda, bu dövrdə Azərbaycan 36,4 milyon dollar dəyərində süd və qaymaq idxal edib. Bu, illik müqayisədə dəyər baxımından 47,5% çoxdur.


