Ölkə üzrə yeni bağların salınması ilə bağlı hazırlıqlara başlanılıb – Nazir

Artıq azad olunmuş ərazilər də daxil olmaqla bütün ölkə üzrə yeni bağların salınması planları toplanır və bəzi sahibkarlar tərəfindən artıq investisiyalar başlanılıb.

Aqrarpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkə üzrə 5 min hektardan çox heyva bağı mövcuddur və son ildə 200 hektardan daha artıq yeni meyvə bağı salınıb: “Meyvəçilik ümumilikdə Azərbaycanın aqrar iqtisadiyyatında 12%-ə qədər paya malikdir. Eyni zamanda ixracatda önəmli paya malikdir. Qeyd edim ki, 2021-ci ildə 410 milyon dollar meyvə ixracatı olmuşdusa, 2025-ci ildə bu 660 milyon dolları keçmişdir. Əlbəttə ki, bunu Cənab Prezidentin tapşırığı əsasında aparılan məhz meyvəçiliyə və çoxillik bitkilərə yönəlik siyasətin nəticəsidir. Ümid edirik ki, bu şəkildə də davam edəcək. Azərbaycanda meyvəçilik üzrə özünü təminat səviyyəsi 140%-dən yuxarıdır. Lakin ixracat potensialı nəzərə alındıqda meyvəçilik intensiv davam etdiriləcək”.

Bənzər xəbərlər