Azərbaycana bu ilin yanvar-sentyabr aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə dəyəri 45,6 milyon dollar dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib.
Bu göstərici illik müqayisədə 11,4 milyon dollar çoxdur.


