Qarğıdalı son 40 ayda ilk dəfə bu qədər ucuzlaşdı

ABŞ-də məhsul yığımının artması və Qara dəniz bölgəsində tədarüklə bağlı narahatlıqların azalması səbəbindən oktyabr ayında qarğıdalının buşel başına qiyməti 10,6 faiz azalıb.

Bu barədə Aqrarpress.az dünya mediasına istinadən xəbər verir.

Qeyd edilib ki, bu da 2023-cü ilin iyun ayından bəri ən kəskin aylıq azalmadır.

Geosiyasi inkişaflar, iqlim amilləri və təkliflə əlaqəli hadisələr qarğıdalı qiymətlərinin istiqamətini müəyyən etməkdə həlledici rol oynayır.

Yanvar ayında 2,7% azalmadan sonra, buşel başına qarğıdalının qiyməti dəyişib və sonrakı aylarda yüksəlib. Neft qiymətlərinin artması, gübrə təchizatı ilə bağlı narahatlıqlar və El-Ninyo hava fenomenindən qaynaqlanan narahatlıqlar səbəbindən, buşel başına qarğıdalının qiyməti sentyabr ayında son üç ilin ən yüksək səviyyəsinə – 5,4975 dollara çatıb.

Daha sonra buşel başına qarğıdalının qiyməti oktyabr ayında isə 10,6% düşüb. Bu, 2023-cü ilin iyun ayından bəri buşel başına qarğıdalının qiymətində ən sürətli aylıq azalma olub.

Bənzər xəbərlər