Bu ilin yanvar-avqust aylarında Azərbaycan 187,9 milyon dollar dəyərində pambıq ixrac edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 23,2% çoxdur.
Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,86%-ni təşkil edib.


