Azərbaycan bu ilin yanvar-avqust aylarında 196,9 milyon dollar dəyərində şəkər idxal edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər idxalına çəkilən xərc illik müqayisədə dəyər baxımından 14,6 milyon dollar çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər idxalının qeyri-neft sektorununun idxalında xüsusi çəkisi 1,72% təşkil edib.


