Qlobal taxıl qiymətləri 12%-dək arta bilər

Qara dənizdə ticarət gəmilərinə edilən hücumların artması və sabit taxıl logistikasının faktiki olaraq dayandırılması səbəbindən qlobal taxıl qiymətləri 10-12% arta bilər.

Aqrarpress.az bu barədə “Ekonomim” qəzetinə istinadən xəbər verir.

“Ukraynadakı vəziyyət səbəbindən qlobal emal olunmuş taxıl qiymətləri 4-4,5% artıb. Rusiya və Ukrayna qlobal taxıl ehtiyacının 40%-ni ödəyir və Qara dəniz bölgəsindəki problemlər artıq qlobal qiymətlərin 4-4,5% artmasına səbəb olub. Problem iki ay ərzində həll olunmazsa, artım 10-12%-i keçə bilər”, – məlumatda deyilir.

Bənzər xəbərlər