Azərbaycanın dənli bitki idxalına çəkdiyi xərc 10 milyon dollaradək azaldı

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 186,8 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, illik müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 9,8 milyon dollar azdır.

Əlavə edək ki, bu dövrdə Azərbaycana 143,4 milyon dollar dəyərində buğda idxal edilib.

Bənzər xəbərlər