Azərbaycandan bu ilin yanvar-iyul aylarında 29,7 milyon dollarlıq 77,4 min ton kartof ixrac edilib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 5,6% çoxdur.
Hesabat dövründə kartof ixracı ölkənin qeyri-neft sektoru üzrə ixracının 0,15%-ni təşkil edib.


