Bu ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 197,6 min ton ət, 701,6 min ton süd, 764,1 milyon ədəd yumurta və 1,6 min ton yun istehsal edilib.
Bu barədə Aqrarpress.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2025-сi ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,7 faiz artıb, süd istehsalı eyni səviyyədə qalıb, yumurta istehsalı 4,3 faiz, yun istehsalı 15,8 faiz azalıb.


