Azərbaycanın qarğıdalı idxalına çəkdiyi xərc azaldı

Azərbaycan bu ilin yanvar-aprel aylarında 13 milyon dollar dəyərində 26,4 min ton qarğıdalı idxal edib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 3,7% azdır.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,24%-ni təşkil edib.

Bənzər xəbərlər