Mərkəzi aran rayonlarında ot biçini başlayıb – QİYMƏTLƏR

Mərkəzi Aran bölgəsində kənd təsərrüfatı işləri canlanıb. Havaların isinməsi ilə əlaqədar fermerlər heyvandarlıq üçün qış tədarükünə – ot biçininə başlayıblar.

Aqrarpress.az Operativ Media-ya istinadən xəbər verir ki, hazırda sahələrdə toplanan ot bağlamalarının qiymətləri tərkibinə görə fərqlənir.

Təmiz yoncadan ibarət olan bir ot bağlaması 3 AZN-ə təklif edilir. Tərkibi müxtəlif çəmən otlarından ibarət olan qarışıq ot bağlamasının qiyməti isə 2 AZN təşkil edir.

Fermerlər bildirir ki, builki məhsuldarlıq qənaətbəxşdir və biçin prosesi sürətlə davam edir.

Bənzər xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Aqrarpress.az bildirir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində birinci

Davamını oxu »