Bu ilin yanvar-mart aylarında Azərbaycana 110,8 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, illik müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 14,4% çoxdur.
Əlavə edək ki, bu dövrdə Azərbaycana 82,7 milyon dollar dəyərində buğda idxal edilib.


