2025-2026-cı illərin marketinq ilində qlobal taxıl istehsalında tarixi rekord qeydə alınıb.
Aqrarpress.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı ofisinin məsləhətçisi İqor Şpakov bildirib.
O qeyd edib ki, tarixdə ilk dəfə olaraq 3 milyard tondan çox taxıl istehsal olunub. Bu, tarixi rekorddur.
Onun sözlərinə görə, bu nailiyyət Çində rekord taxıl yığımı (715 milyon ton) sayəsində əldə edilib.


