Azərbaycan qarğıdalı idxalını kəskin azaltdı

Azərbaycan ötən ay 1,4 milyon dollar dəyərində 7,5 min ton qarğıdalı idxal edib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 66,4% azdır.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ni təşkil edib.

Əlavə edək ki, 2025-ci ilin eyni ayında Azərbaycan 4,2 milyon dollar dəyərində qarğıdalı idxal edib.

Bənzər xəbərlər