BDU və “Grand-Agro İnvitro” MMC arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və “Grand-Agro İnvitro” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Aqrarpress.az qeyd edir ki, BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev elm və təhsilin sənaye və bizneslə əlaqələndirilməsinin, dövlət-özəl tərəfdaşlığının, elmi nəticələrin kommersiyalaşdırılmasının BDU-nun əsas hədəflərindən olduğunu söyləyib. O, əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün faydalı olacağına əminliyini bildirib.

“Grand-Agro İnvitro” MMC-nin rəhbəri Ramil Əzməmmədov isə BDU ilə birgə əməkdaşlığın həm elmi, həm praktik nəticələr verəcəyini qeyd edib.

Memorandum çərçivəsində tərəflər tədqiqat və inkişaf layihələri hazırlayaraq icra edəcək, elmi potensialın səmərəli reallaşdırılmasına yönəlmiş qarşılıqlı təşəbbüsləri dəstəkləyəcəklər. Tələbələrin əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və səriştələrlə təmin olunması, praktiki vərdişlərinin inkişaf etdirilməsi, elmi-tədqiqat layihələrinə cəlb olunması, tələbələrin ixtisas istiqamətləri üzrə təcrübə proqramlarının təşkili, elmi-tədqiqat laboratoriyalarının maddi-texniki bazasının genişləndirilməsi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, akademik və sənaye tərəfdaşlığı çərçivəsində innovativ məzmunlu layihələrin hazırlanması və icrası da memorandumda əks olunub.

Memorandumu BDU rektoru Elçin Babayev və “Grand-Agro İnvitro” MMC-nin rəhbəri Ramil Əzməmmədov imzalayıblar.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »