Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb

Mərkəzi Bankın 2026-cı ilin fevral proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2.4%, qeyri-neftqaz ÜDM üzrə isə 4.0% olacağı gözlənilir.

Aqrarpress.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Proqnozlara görə, 2026-cı ildə ümumi ÜDMin artımına neft-qaz sektoru azaldıcı, qeyrineft-qaz sektoru isə artırıcı təsir edəcək. Cari ildə qeyri-neft-qaz sektorunda artımın əsas drayverləri ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımının olacağı gözlənilir.

“2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2.9% və 4.3% olacağı proqnozlaşdırılır. Proqnozlara görə 2027-ci ildə də ümumi ÜDM-in artımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isə artırıcı təsir edəcəkdir. 2027-ci ildə qeyri-neftqaz sektorunun artımını 2026-cı ildə olduğu kimi ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımı şərtləndirəcək. Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Belə ki, neft-qaz sektorunda 2026- cı ilə -2.4%, 2027-ci ilə -1.3% real azalma proqnozlaşdırılır10. 2026 və 2027-ci illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq. 2025 və 2026-cı illər üzrə qeyri-neftqaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq”, – məlumatda qeyd edilib.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »