BMU-nun startap layihələri IV Aqrar Startaplar və İnnovasiya Forumunda təqdim olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev, Texnoparkın əməkdaşları və universitetin startapçı tələbələri IV Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak ediblər.

Aqrarpress;az qeyd edir ki, Universitetdən AZƏRTAC-a bildirilib ki, forum Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə İtaliya-Azərbaycan Universitetində keçirilib.

Forumun açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək aqrar sahədə innovasiyaların tətbiqinin strateji əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə keçirilən müsabiqələr, hakatonlar və innovativ layihələr barədə məlumat verilib.

BMU forum çərçivəsində keçirilən sərgidə “Aqro Seq & Aqro GPT”, “EkoEtanol və Aqrokompozit Gübrə”, “RenoVoltis” (BFE System) və “GreenGuest” innovativ startap layihələri ilə çıxış edib. Maraqla qarşılanan bu layihələr universitetin texnologiya və aqrar sahədəki yenilikçi yanaşmalarını nümayiş etdirərək kənd təsərrüfatı sahəsində praktiki və müasir həllərin inkişafına töhfə verir.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »