Sənədsiz evlər üçün fürsət: 500 mindən çox çıxarış… – Video

Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər.

Aqrarpress.az Xəzər TV-yə istinadən xəbər verir ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.

Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirilən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaqlar:

“İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-ci ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil”.

Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər.

Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilənlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası gözlənilir. Bu isə o deməkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »