“Ağsu perevalı” buz bağladı

Ötən gün yağan qardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bir qədər çətinləşsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası vasitəsilə hərəkət bərpa edilmişdi.

Aqrarpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, gecə saatlarından havanın şaxtalı olması səbəbindən yolun Ağsu aşırımından keçən hissəsi buz bağlayıb.

Yolun enişli-yoxuşlu, sərt döngəli hissələri hərəkət üçün təhlükəyə çevrilib. Yolun buz qatından təmizlənməsi üçün ərazidə işlər aparılır, qum-duz qarışığı səpilir.

Avtomobilində texniki problemi olan, həmçinin yolda hərəkət etməyə ehtiyat edən bir neçə avtomobil yolun kənarında qalıb.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol və post-patrul xidməti ərazidə fasiləsiz xidmət aparır. Yolda qalan sürücülərə köməklik göstərilir, digər hərəkət iştirakçılarının hərəkətinə mane olunmamasına çalışılır.

Ötən gün çətinliyin yarandığı Muğanlı-İsmayıllı avtomobil yolu da qardan təmizlənib, yolun hər iki zolağı üzrə hərəkət etmək mümkündür. Gecədən etibarən bölgədə qarın yağması dayanıb. Hazırda bölgədə günəşli hava hökm sürür. Paytaxtdan bölgələrə, həmçinin əks istiqamətlərdə avtomobillərin hərəkəti davam edir.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »