Bu il Azərbaycanda Qurban bayramı iyunun 6-sı və 7-si qeyd ediləcək. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Digər 6 ünvanda həm kəsim, həm satış, 1-ində yalnız heyvan kəsimi xidmətləri, 1-ində isə yalnız diri heyvanların satışı təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün xidmətlərdən istifadə edə bilərlər.