Ukraynalı qadınlar orduda xidmət etməlidir, lakin cəmiyyət hələ onların məcburi səfərbərliyinə hazır deyil.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva deyib.
“Məsələn, mən hərbi xidmətə çağırışın bərpa olunmasının tərəfdarıyam, qoy bu qızlar hətta xaricdə də bu təlimdən keçsinlər. Amma onları öyrətmək lazımdır. Cəmiyyət hələ qadınların məcburi səfərbərliyinə hazır deyil, ona görə çox etirazlar olacaq”, – Qriqoryeva qeyd edib.