İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir.
Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar.