Türkiyənin Elazığ vilayətinin Sivrice ilçəsində 4,9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar yerin 11,3 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat yoxdur.
***
Gecə saatlarında Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib.
AFAD-ın məlumatına görə, yeraltı təkanlar İstanbulun Büyükçekmece ilçəsində hiss edilib.
Zəlzələ yerin 9,36 km dərinliyində qeydə alınıb.