İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Xankəndidə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) 17-ci Zirvə görüşü Xankəndidə keçiriləcək

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və perspektivlər” mövzusunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın ən fəal üzvlərindəndir.

“Azərbaycanın iqtisadi potensialı üzv dövlətlərlə geniş əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanlar yaradıb. Azərbaycan bu il Xankəndidə İƏT Zirvə görüşünün 17-ci iclasını təşkil edəcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq”, – deyə R.Mirzəyev bildirib.

Bənzər xəbərlər