Azərbaycanda qızıl ehtiyatı artdı

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin ilk rübündə fondun investisiya portfelinin 16 milyard 134.4 milyon dollarlıq hissəsini (25.8%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 3 milyard 779.8 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda fondun investisiya portfelinin 12 milyard 354.6 milyon dollarlıq hissəsini (20.6%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 18.7 ton qızıl alıb. Belə ki, 2024-cü ilin sonuna fondun qızıl ehtiyatı 146.6 ton təşkil etdiyi halda bu il aprelin 1-nə bu rəqəm 165.3 tona qədər yüksəlib. Ümumilikdə isə ARDNF 2024-cü ilin əvvəlindən indiyə kimi 63.5 ton qızıl alıb.

Bənzər xəbərlər