Həddindən artıq tərləməni dayandırmağın üsulları…

Bir çox insanın ümumi problemi olan həddindən artıq tərləmə həm fiziki, həm də psixoloji olaraq narahatedici vəziyyətdir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bəzən stress, bəzən isə sırf genetik səbəblərdən yaranan bu vəziyyət gündəlik həyat keyfiyyətinə ciddi şəkildə təsir edir.

Bəs, həddindən artıq tərləmə nədən qaynaqlanır və bu vəziyyətdən çıxış yolları hansılardır?

Antiperspirant məhsullar

Antiperspirant məhsullar qoltuqaltı kimi tərləməyə meyilli nahiyələrdəki tər vəzilərini müvəqqəti olaraq bloklayaraq effektiv həll yolu təqdim edir. Xüsusilə gecə yatmazdan əvvəl istifadə edildikdə səhər tərləməsini əhəmiyyətli dərəcədə azalda bilər.

Pambıq və nəfəs ala bilən paltar seçin

Sintetik parçalar tərin bədəndə qalmasına səbəb olarkən, pambıq parçalar dərinin nəfəs almasına kömək edir. Bu da tərləməni azaldır.

Stressi azaldın

Stress tər vəzilərinin daha çox işləməsinə səbəb olur. Gündəlik həyatda meditasiya, nəfəs məşqləri və ya qısa gəzinti kimi rahatlaşdırıcı fəaliyyətlər tərləməni idarə etməyə kömək edər.

Qidalanmanızı nəzərdən keçirin

Acılı qidalar, kofein və spirt kimi bəzi qidalar tərləməni artıra bilər. Bu cür qidaların məhdudlaşdırılması tərləməni azaltmağa kömək edir.

Bənzər xəbərlər