AZ
RU
EN
DE
FR
ES
عربي
中文
Saytda axtarış
Azərbaycan Dövlət İnformasiya Agentliyi
RƏSMİ XRONİKA
RƏSMİ SƏNƏDLƏR
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
HEYDƏR ƏLİYEV – 1
COP29
VİDEO
İQTİSADİYYAT
Azərbaycanda birinci texniki dərəcəli yolların uzunluğu 2200 kilometrə yaxındır
16.04.2025 [18:04]
Çap et
A+ A-
Azərbaycanda birinci texniki dərəcəli yolların uzunluğu 2200 kilometrə yaxındır
Bakı, 16 aprel, AZƏRTAC
Azad olunmuş ərazilərdə ümumi uzunluğu 3382,6 kilometr olan 44 adda avtomobil yolunun və bir hava limanının tikintisi layihələri icra edilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, bu yolların 1076,1 kilometri respublika, 2306,5 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır.
“Həmin bu yerli əhəmiyyətli avtomobil yollarının 1247,6 kilometrini təşkil edən hissəsi hərbi əhəmiyyətli, dayaq nöqtələrinə aparan torpaq və çınqıl örtülü təminat və təxliyə avtomobil yollarıdır. Ölkə ərazisində ümumi istifadədə olan 19 574,5 kilometr uzunluğunda avtomobil yollarına xidmət göstərilir. Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2189 kilometrə çatıb”, – deyə o qeyd edib.