Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin saat 10-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.
Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
09:08
Aprelin 9-u saat 09:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.
Müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.