Ceyhun Məmmədov: Azərbaycanın məqsədi ev sahibi kimi körpülər yaratmaqdır

Cənab Prezident “Euronews” telekanalına verdiyi müsahibəsində mühüm məsələlərə toxundu və  ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, o cümlədən Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən danışdı. Bu gün Azərbaycan dövləti COP29 –un yüksək səviyyədə keçirilməsinə hazırlaşır. Əlbətdə bu kifayət qədər mötəbər bir yarışdır. Azərbaycan çalışır ki, COP29-un keçirilməsi üçün təhlükəsizliyi ən yüksək şəkildə təmin etsin. Cənab Prezidentin də söylədiyi kimi, COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycanın məqsədi ev sahibi kimi körpülər yaratmaqdır. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindədir.

Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür.  Qonaqların buradan xoş təəssüratla yola salınması üçün böyük hazırlıqlar görülməkdədir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir.

Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı.

  Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Biz qarşılıqlı səylər, həmrəylik göstərməliyik. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir. Cənab prezidentin də söylədiyi kimi bu bir siyasətdir və Azərbaycan bunun üçün bir platforma yarada bilər. Düşünürəm ki, bu baxımdan COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq.

Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.

Milli Məclisin eputatı Ceyhun Məmmədov

Bənzər xəbərlər