İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov mayın 3-də Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Cəlilabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, əkin subsidiyası, dəymiş ziyanın ödənilməsi, arıçılığın inkişafı, suvarmada yaranan çətinliklər və digər məsələlər ilə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra şöbə müdiri İlham Süleymanov Lənkəran rayonu Osakücə kəndində çay plantasiyasına, Xarxatan kəndində yeni salınmış superintensiv meyvə bağı, çiyələk və taxıl sahələrinə baş çəkib. 

Görüşdə çayçılıq və meyvəçiliyin inkişafı, meyvə bağlarında düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması, taxıl sahəsində aparılan mövsümi aqrotexniki qulluq tədbirləri barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

   

Bənzər xəbərlər