Bu günədək rayonlar üzrə nə qədər taxıl biçilib -Cədvəl

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən Aqrarpress.az -a verilən məlumata görə, iyulun 2-nə olan operativ məlumata görə, ölkə ərazisində 796214,6 hektar ərazidə taxıl biçini aparılıb, 319897 hektar ərazidə arpa, 476317,5 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2557174,6 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22503 hektar sahənin 22218 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,6 s/ha təşkil edir. Oğuz rayonu ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10700 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

RayonBuğdaArpa
Cəmi sahə, haBiçilib, haMəhsuldarlıqCəmi sahə, haBiçilib, haMəhsuldarlıq
Abşeron30725518,776171812,5
Ağdam122281222839,02215221535,5
Ağdaş4272,9426224,9116301163024,1
Ağcabədi225032221835,66672666632,7
Ağsu20038,51723032,5160361574031,0
Balakən121593728,0457,7457,728,7
Beyləqan111481066635,21765176529,2
Bərdə9041904144,32601260138,9
Biləsuvar137131371332,7149001490030,9
Cəbrayıl2430239535,055055030,5
Cəlilabad54907,54622237,24509,1446035,2
Füzuli286212845931,68505850529,0
Goranboy8235820531,0134491333929,0
Göyçay8740868831,06851684730,5
Hacıqabul259258789,723,811008996730,0
İmişli12715,512715,538,76322632234,2
İsmayıllı232001050337,86173602731,7
Kürdəmir181201801534,5299262992633,3
Qax10934983729,52881288126,2
Qazax8305591736,64250419724,7
Masallı7496749623,22786278621,4
Neftçala79827792,233,2314043140427,5
Oğuz119691070031,04118410030,8
Saatlı190441904442,95822582236,2
Sabirabad155361553641,19600960037,7
Salyan6817681741,89917991734,9
Samux5941592632,63681,5367635,3
Siyəzən3788223333,32516249427,5
Şəki45961,83098035,921626,32158034,3
Tərtər7087,9694341,73815381533,7
Ucar7390739029,67716771626,7
Yevlax6630,66630,634,65082,55082,528,5
Zərdab129861298634,35730573030,6

Digər rayonlarda da arpa və buğda biçini qrafikə uyğun davam etdirilir.

Bənzər xəbərlər