Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir
Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafı şəraiti bu ərazidə maldarlığın, xüsusilə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir. Həmin dövrdə Azərbaycanda yaşayan qəbilələrin əkinçilik və heyvandarlıqla məşğul olmaları onların məişətində böyük dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə insanlar kollektiv şəkildə güzəran keçirsələr də heyvandarlıqda, xüsusilə ona qulluq etməkdə, bəsləməkdə əsas yeri kişilər tutmuşdur.
Minilliklər boyu Azərbaycan xalqı qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Qoyun xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq, qotur, gözbozarma, zəhərlənmə və s. göstərmək olar.
Xırdabuynuzlu heyvanları daha da artırmaq və onlardan bol məhsul almaq üçün maldarlar onlara qulluq məsələsinə xüsusi fikir verirdilər. Doğrudur, Azərbaycanın əlverişli təbii-coğrafı şəraiti xırdabuynuzlu heyvanlara o qədər də böyük qulluq göstərməyi tələb etmir.
Cənubi Qafqazda qoyunçuluğun beşiyi sayılan Azərbaycanda onlarla qoyun cinsi olmuşdur. Bu cinslərin əksəriyyəti tarixən yaranmış və inkişaf etmiş cinslərdir. Bu cinslər xarici görünüşü, yununun keyfiyyəti, südü, çəkisi və başqa nişanələrinə görə bir-birilərindən fərqlənir. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən müxtəlif qoyun cinsləri əsasən yağlı quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün istifadə edilmişdir.
Azərbaycandakı qoyun cinsləri bunlardır: