4 aprel Beynəlxalq İnternet Günüdür

Beynəlxalq İnternet Günü hər il aprelin 4-də qeyd olunur. AZƏRTAC xəbər verir ki, “Qlobal Rəqəmsal 2025” hesabatına əsasən, son illər İT texnologiyalarının gündəlik həyata təsiri artıb, süni intellektin sürətli inkişafı və yayılması, eləcə də mobil video istehlakının artması, onlayn alış-verişin təkamülü prosesləri müşahidə olunur.

Hesabatda qeyd edilir ki, 2025-ci ilin əvvəlində dünyada 5,56 milyard internet istifadəçisi olacaq ki, bu da 67,9 faiz penetrasiya nisbətini təmsil edir. İstifadəçilərin sayı 2024-cü ildə 136 milyon nəfər artıb (2,5 faiz artım), amma 2,63 milyard insan hələ də oflayn rejimdə qalır.

Hesabata görə, 2025-ci ilin əvvəlində Azərbaycanda 9,23 milyon internet istifadəçisi olub və internetin nüfuzetmə səviyyəsi 89 faiz təşkil edib. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda təqribən 6,73 milyon sosial media istifadəçisi var ki, bu da ümumi əhalinin 64,9 faizini təşkil edir.

“Kepios”un son məlumatlarına görə, dünya üzrə qeydiyyatdan keçmiş sosial media istifadəçilərinin sayı 5,24 milyarda çatıb ki, bu da planetimizin əhalisinin 63,9 faizini təşkil edir. Son 12 ayda bu rəqəm 206 milyon yeni istifadəçi sayəsində 4,1 faiz artıb.

Xatırladaq ki, İnternet Günü həm də sentyabrın 2-də qeyd olunur. 1969-cu ilin bu günündə Kaliforniya Universiteti, Los-Anceles və Stenford Araşdırma İnstitutu ilk dəfə məlumatların bir kompüterdən digərinə ötürülməsini həyata keçirə bilib. Daha sonra bu şəbəkəyə daha iki kompüter qoşulub, bundan sonra ARPANET şəbəkəsinin dörd kompüteri arasında test məlumatının ötürülməsi həyata keçirilib.

Bundan əlavə, 17 mayda da İnternet Günü qeyd olunur. 1991-ci ilin bu günündə WWW səhifələri üçün standart (“World Wide Web”) təsdiqlənib, bundan əvvəl yalnız e-poçta, xəbər bülletenləri və faylların yüklənməsi mövcud idi.

Bu gün internet ustaları və proqram tərtibatçıları da öz peşə bayramlarını qeyd edirlər. Bu bayram hələ də qeyri-rəsmidir, lakin ildən-ilə daha da populyarlaşır.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »